“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Azərbaycan millisinin üzvü Namik Ələskərov bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq. 27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış müqavilənin müddəti 3 ildir. Namik karyerası ərzində ölkəmizdə “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi” klublarında çıxış edib. Onun son komandası Türkiyə “Bursaspor”u olub. Ələskərov “Sabah”da 17 nömrəli formada çıxış edəcək.